Bu ölkə Azərbaycana uçuşları bərpa etməyi planlaşdırır

Avqustun 25-də "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin prezidenti Cahangir Əsgərovun İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Diklə ikitərəfli görüşdə ölkələr arasında, o cümlədən mülki aviasiya sahəsində qarşılıqlı münasibətlərin yüksək səviyyədə olduğu qeyd edilib.
AZAL rəhbərliyi bildirir ki, COVID -19 pandemiyası səbəbindən bağlanan iki ölkə arasındakı hava sərhədləri açıldıqdan sonra, "Azərbaycan Hava Yolları” həftədə iki dəfə - cümə axşamı və bazar günləri Bakı ilə Təl-Əviv arasında uçuşlar həyata keçirir.
Corc Dik, öz növbəsində, vurğulayıb ki, bu payız İsrail aviaşirkətləri "ISR Air” və "Arkia Airlines” Azərbaycana uçuşları bərpa etməyi planlaşdırır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























