• $
  • €
  • ₽
  • ₺
  • £

Əli Həsənovun qızı işdən çıxarıldı - AÇIQLAMA + YENİLƏNİB

Əli Həsənovun qızı işdən çıxarıldı - AÇIQLAMA + YENİLƏNİB
25.08.2021 16:52
Əli Həsənov məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verib və bildirib ki, qızı Səfiyə Möhbalıyeva 3 il əvvəl, o hələ sözügedən akademiyada kafedra müdiri olarkən öz ərizəsi ilə işdən çıxıb:

"Mən hələ Prezident yanında Dövlət İdarəçilik Akademiyasının "Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının müdiri olarkən qızım Səfiyə xaricdə təhsil almaq məqsədilə öz ərizəsi ilə işdən azad olunub və Londonda təhsil alır. Sadəcə olaraq akademiyanın saytı yenilənməyib deyə, onun adı indi götürülüb. Saytda onun indi işdən çıxarılmasının göstərilməsi texniki xətadır”.

Məlumat üçün bildirək ki, Əli Həsənovun adı ötən ilin noyabr ayına kimi Prezident yanında Dövlət İdarəçilik Akademiyasının rəsmi veb-saytında "Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının müdri olaraq qeyd olunub. O zaman Əli Həsənovun qızı Səfiyə Möhbalıyevanın adı həmin siyahıda müəllim olaraq keçir. Daha sonra Əli Həsənovun adı Akademiyasının rəsmi veb-saytındakı siyahıdan çıxarılsa da, Səfiyə Möhbalıyevanın adı siyahıda saxlanılıb. Yalnız bu yaxınlarda Səfiyə Möhbalıyevanın da adı həmin siyahıdan silinib.

******
 
Prezidentin sabiq köməkçisi Əli Həsənovun qızı Səfiyə Möhbalıyeva (Həsənova) Prezident yanında Dövlət İdarəçilik Akademiyasının "Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasındakı işindən azad olunub.

"Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasında işləyən müəllimlərdən yalnız Səfiyə Möhbalıyeva işdən azad olunub. Aralarında 2 millət vəkili - Elman Nəsirov və Musa Qasımlının da olduğu kafedranın digər müəllimləri öz vəzifələrində saxlanılıblar.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının "Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasına 20 il Əli Həsənov rəhbərlik edib və qızını da həmin kafedranın müəllimi vəzifəsinə təyin edib.

Əli Həsənovun 1990-cı ildə anadan olan qızı Səfiyə Möhbalıyeva "Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının müəllimi olmaqla bərabər, eyni zamanda "Qarabağ Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədr müavini olub. Qeyd olunan İctimai Birliyin sədri isə "Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının müəllimi Elçin Əhmədovdur.

Məlumat üçün bildirək ki, Əli Həsənovun qızı Səfiyə Möhbalıyeva eyni zamanda Milli Məclisin üzvü, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri Səttar Möhbalıyevin oğlu - Qaradağ rayon Polis İdarəsinin sabiq rəisi, polkovnik İsfəndiyar Möhbalıyevin həyat yoldaşıdır.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol