MİQ üzrə keçirilmiş müsahibələrin nəticələri AÇIQLANDI

Biologiya, ingilis dili, musiqi, rus dili, coğrafiya və tarix fənləri üzrə 24 avqust tarixində keçirilən müsahibələrdə iştirak edən namizədlərin nəticələri şəxsi səhifələrinə göndərilib.
Təhsil Nazirliyindən bildirilib ki, qeyd olunan fənn üzrə 415 namizəd uğur qazanaraq müddətsiz əsaslarla çalışmaq imkanı əldə edib.
Uğur qazanan namizədlər 30 avqust saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etmədirlər.
Çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşəcək. Bu səbəbdən namizədlərə sənədlərini təqdim etdikdən sonra şəxsi səhifələrinə daxil olaraq çıxarışının təsdiq olunduğunu yoxlamaq tövsiyə olunur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























