• $
  • €
  • ₽
  • ₺
  • £

Təhsil Nazirliyi ABŞ səfirinə cavab verdi: "Təəssüf ki..."

Təhsil Nazirliyi ABŞ səfirinə cavab verdi: "Təəssüf ki..."
21.05.2014 11:34

Təhsil Nazirliyi ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın Azərbaycanın təhsil sahəsində korrupsiya problemlərinin olması ilə bağlı fikrini şərh edib.

Təhsil Nazirliyindən APA-nın sorğusuna verilən cavabda bildirilib ki, səfir Riçard Morninqstarın bu sözləri Təhsil Nazirliyində böyük təəccüb və təəssüf hissi yaradıb: “Təhsil naziri Mikayıl Cabbarov bu vəzifəyə təyin olunduqdan sonra ABŞ-ın səfiri ilə 3 işçi görüş keçirib, onların 3-ü də səfirin xahişi ilə baş tutub və bu görüşlərdə təhsil islahatları, xaricdə təhsil, şagird və tələbə mübadiləsi, ali təhsil müəssisələri arasında əməkdaşlıq kimi müxtəlif mövzular ətraflı şəkildə müzakirə olunub.

Bu görüşlər zamanı R. Morninqstarın hər hansı məsələni qaldırması üçün maneələr olmayıb. Lakin bu görüşlərin heç birində səfir Azərbaycanın təhsil sistemində korrupsiya probleminə toxunmayıb. Təhsil Nazirliyi dost və tərəfdaşlarının ölkəmizin təhsil sisteminin təkmilləşdirilməsi ilə bağlı rəy, təklif və bu sahədə mümkün problemlər barədə konkret faktlara əsaslanan müraciətlərinin ictimailəşdirilmədən öncə nazirliklə müzakirə olunması və mövcud problemlərin həlli perspektivlərinin konstruktiv əməkdaşlıq mühitində birgə dəyərləndirilməsinin tərəfdarıdır. Ətraflı faktlar və sübutlar təqdim etmədən bu kimi ümumi xarakterli mülahizələrin təcrübəli diplomat tərəfindən səsləndirilməsi dərin təəssüf hissi doğurur”.

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol