• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan prezidentindən təqaüd alanların sayı açıqlandı

Azərbaycan prezidentindən təqaüd alanların sayı açıqlandı
21.05.2014 11:25
2014-cü ilin 1 aprel tarixinə Azərbaycan Respublikası qarşısında xüsusi xidmətlər göstərmiş 34 876 nəfərə Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ödənilir. Bu barədə Modern.az saytına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Prezident təqaüdü alanlardan 182 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslər (1000 manat), 12 983-ü şəhid ailəsi (200 manat), 121-i 20 Yanvar faciəsi şəhidlərinin ailələri (300 manat), 159 nəfəri “xalq” fəxri adı alan  (100 manat), 1762 nəfəri “əməkdar” fəxri adı alan (60 manat) şəxslərdir.Eyni zamanda, 18 262 nəfər müharibə əlili və onlara bərabər tutulan, 320 nəfər 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olan (I qrup əlillər 150 manat, II qrup əlillər 130 manat, III qrup əlillər 100 manat),  629 nəfər Böyük Vətən müharibəsi iştirakçısı olan şəxs (100 manat) Azərbaycan Prezidentinin aylıq təqaüdü ilə təmin olunur. 424 nəfər şəxsə isə Azərbaycan Respublikası Prezidentinin ayda 1000 manat olmaqla fərdi təqaüdü ödənilir.Azərbaycan Respublikası qarşısında xüsusi xidmətlər göstərmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün orta aylıq məbləği 2013-cü ilin 1 may tarixi ilə müqayisədə cari ilin 1 may tarixinə 35,3 faiz artaraq 157 manat təşkil edir. O cümlədən bu dövrdə müharibə əlillərinə və onlara bərabər tutulanlara təyin olunan Prezident təqaüdlərinin orta aylıq məbləği 68 faiz, Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslər üçün 67 faiz, fəxri adları olanlar üçün 100 faiz, Böyük Vətən müharibəsi iştirakçıları üçün 81,8 faiz,  şəhid ailələri üçün 21,2 faiz  artırılıb.Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 mart tarixli Fərmanına əsasən, əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla və  Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara, yəni cari ilin 01 aprel tarixinə 149 04 nəfər şəxsə də aylıq sosial müavinətdən (67 manat) əlavə olaraq ayda 60 manat Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdünün təyin olunmasına başlanılıb.  ANN.Az 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol