• $
  • €
  • ₽
  • ₺
  • £

Jurnalistin 18 ailə üzvü koronavirusa yoluxdu - Rəsmi qurumlar cavabı niyə gecikdirir?

Jurnalistin 18 ailə üzvü koronavirusa yoluxdu - Rəsmi qurumlar cavabı niyə gecikdirir?
26.08.2021 17:18
"Ötən həftə qardaş-bacılarımın ailə üzvləri - 13 nəfər Bakıda olmaqla, cəmi 18 nəfər – COVID-19 əlamətləri ilə yatağa düşüblər. Test üçün zəng vurduğumuz təcili tibbi yardımdan gah Aşura gününü bəhanə gətirdilər, gah yollar tıxacdır dedilər... Yalnız 3 gün sonra - ötən həftənin 5-ci günü gəlib çıxıblar, yaxma götürüb gediblər”.

Bu barədə jurnalist Qabil Abbasoğlu sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, 4 gün keçəndən sonra götürülən testlə bağlı heç bir cavab ala bilməyiblər. Jurnalist əlavə edib ki, həmin şəxslər ağır vəziyyətdə olsa da, TƏBİB diaqnoz açıqlamayıb, Səhiyyə Nazirliyi isə diaqnoz yoxdursa, "bizlik deyil" deyib. TƏBİB və Səhiyyə Nazirliyinin nömrələri ilə isə əlaqə saxlamaq mümkün olmayıb. 

"Qafqazinfo” qeyd olunan problemlə bağlı TƏBİB-ə sorğu göndərib. Qurumdan bildirilib ki, TƏBİB Bakı şəhəri üzrə virusa yoluxmuş şəxslərin yalnız stasionar müalicəsi ilə məşğuldur. Ambulator müalicə Təcili Tibbi Yardım xidməti və poliklinikaların evdə müalicəsi ilə bağlı Səhiyyə Nazirliyinə müraciət oluna bilər: "Eyni zamanda qeyd edək ki, laboratoriyalar Səhiyyə Nazirliyi, TƏBİB-in tabeliyində və özəl xidmət şəklində fəaliyyət göstərir. Laboratoriyalara daxil olmuş nəticələr mərhələli şəkildə yoxlanılaraq sistemə işlənilir. Götürülmüş test nəticəsinin çox olması səbəbindən 1-3 gün ərzində gecikmələr müşahidə oluna bilir”.

Səhiyyə Nazirliyindən isə sorğumuza cavab olaraq bildirilib ki, Təcili və Təxirəsalınmaz Tibbi Yardım ilk öncə təxirəsalınmaz çağırışlara xidmət edir: "Yaşı 65-dən yuxarı vətəndaşlar, hərarəti 38 dərəcədən yüksək vətəndaşlar, eyni zamanda həssas risk qrupuna aid edilən insanlardan təcili yardım gələrək yaxma götürür. Qalan bütün hallarda vətəndaşlar sahə üzrə poliklinikaları ilə əlaqə saxlamalıdırlar”. 

Nazirlikdən həmçinin bildirilib ki, COVID-19 diaqnozu təsdiqlənməyibsə, bu zaman ərzində vətəndaşda yaranan narahatlıqlarla bağlı sahə həkimlərinə məlumat vermələri xahiş olunur: "Bu mövzuda onlar vətəndaşlara klinik əlamətlərə uyğun olaraq yardımçı olacaqlar”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol