• $
  • €
  • ₽
  • ₺
  • £

"Azəriqaz"dan abonentlərə xəbərdarlıq - Bu şəxslərə pul verməyin!

"Azəriqaz"dan abonentlərə xəbərdarlıq - Bu şəxslərə pul verməyin!
26.08.2021 17:51
"Azəriqaz” İstehsalat Birliyi dövri yoxlama müddəti çatmış əvvəlcədən ödənişli və sonradan ödənişli sayğacların əvəzlənməsi prosesini davam etdirir.

Qurumdan Anews.az-a verilən məlumata görə, prosesdə qarşılıqlı iştirakı təmin etmək üçün hər bir abonentə SMS müraciət göndərilir:

"Yəni istehlakçı əvvəlcədən xəbərdar olur ki, onun sayğacının əvəzlənməsi vaxtı çatıb. Son günlər SMS müraciətlərimizdən istifadə edərək abonentlərdən pul tələb edən dələduzlar peyda olub.

Nəsimi rayonu, Moskva prospektində yaşayan bir sakinə əllərində köhnə qaz sayğacları olan (bu görüntü ilə həqiqətən "Azəriqaz” İB-də işlədikləri görüntüsünü yaradırlar) üç nəfər dələduz yaxınlaşaraq "Sizin sayğacınızda problem var. Cərimə yazmağımızı istəmirsinizsə, "hörmət” edin”, - deyərək pul tələb ediblər.

Abonentlərdən xahiş edirik ki, bu cür hallar baş verdikdə ünvana gələn şəxslərin xidməti vəsiqələrini tələb etməklə yanaşı, dərhal "Azəriqaz” İB-nin 104/185 saylı Çağrı Mərkəzinə, 077 3 104 104 saylı "Whatsapp” nömrəsinə, eləcə də sosial şəbəkə üzərindən Birliyin rəsmi səhifəsinə yazmaqla məlumat versinlər".

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol