• $
  • €
  • ₽
  • ₺
  • £

Biləsuvarda “patı” əməliyyatı: 7 nəfər tutuldu

Biləsuvarda “patı” əməliyyatı: 7 nəfər tutuldu
27.08.2021 18:30
Biləsuvarda növbəti "patı” əməliyyatında saxlanılan 7 nəfərdən ümumilikdə 3 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Onlardan biri müxtəlif növ narkotik və psixotrop maddələrin satışını sosial şəbəkədəki hesablar vasitəsilə həyata keçirirmiş.


DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan Anews.az-a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Ziyad Baqautdinov Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində saxlanılıb. Keçirilən baxış zamanı onun əlindəki çantadan ayrı-ayrı plastik qablarda ümumilikdə 3 kiloqramdan artıq narkotik vasitə heroin və əlavə olaraq 300 qramdan artıq psixotrop maddə metamfetamin aşkarlanıb. Aparılan araşdırmalarla Z.Baqautdinovun həmin narkotik vasitə və psixotrop maddəni xarici ölkələrdən birinin vətəndaşı vasitəsilə əldə etdiyi müəyyən edilib. O da müəyyən edilib ki, Z.Baqautdinov əldə etdiyi narkotik vasitə və psixotrop maddənin satışını sosial şəbəkələrdə yaratdığı müxtəlif hesablar vasitəsilə təşkil edirmiş.

Biləsuvar RPŞ-nin əməkdaşlarının keçirdiyi digər əməliyyat tədbirləri ilə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 6 nəfər rayon sakini – K. Şirəli, B. Gülalıyev, L. Abdullayev, R. Məmmədov, T. Mayılzadə və R. İsayev saxlanılıblar. Onların hər birinin üzərində hazır bükümlərdə heroin və metamfetamin aşkarlanaraq götürülüb.


Faktlarla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol