Xaçmazda qəribə heyvan tapıldı

Səfərəli Səfərəliyev dünən Xaçmaz rayonunda olan zaman qəribə bir hadisə ilə qarşılaşıb. O, həyətdə qəribə bir canlının gəzdiyinin şahidi olub. Bunu görən Səfərəli Səfərəliyev bu balaca heyvanı görən kimi tutub və onu qutuya salıb. Bu gün səhər Bakıya gələn zaman isə elə tapdığı heyvanı da özü ilə birlikdə Bakıya gətirib. Evə gətirəndən sonra isə ona kolbasa, ət və su verib.Səfərəli Səfərəliyevin sözlərinə görə, onunu anası da var idi: “Anası gəldi, başımın üstündən tullandı o biri tərəfə. Sonra gördüm ki, nəsə səs gəlir. Baxıb gördüm ki, bu dəfə balaca bir baladır”. Müsahibim heyvanı evdə saxlamağın çətin olduğunu görüb onu zooloji parka vermək qərarına gəlib. Elə biz də heyvanı götürərək birbaşa zooloji parka yollandıq . Parkda mütəxəssislər heyvana baxış keçirdilər. Məlum oldu ki, həmin heyvan dələdir. Bundan sonra isə heyvanı xüsusi qəfəsə saldılar.Zooloji parkin direktoru Azər Hüseynov deyir ki, bizim zooparkda bu ilk dəfədir: “Yəni bu heyvana burda ilk dəfədir rast gəlirik. Onun xüsusi yeməklər var, ondan verəcəyik yesin”. Zooloji parkın direktorunun sözlərinə görə, dələ ilk dəfə zooloji parkin qonağı olduğu üçün onun burda böyüməsi və yaşaması üçün əllərindən gələni edəcəklər.//Anspress
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























