• $
  • €
  • ₽
  • ₺
  • £

“Tək doz peyvəndlər bizi təhlükələrdən qorumur” - Rəşad Mahmudov

“Tək doz peyvəndlər bizi təhlükələrdən qorumur” - Rəşad Mahmudov
29.08.2021 10:17
"Koronavirus dalğasının növbəti fazasındayıq. Bu dövr ərzində vurdurduğumuz ilk doz və tək doz peyvəndlər bizi təhlükələrdən qorumur”.

Anews.az  xəbər verir ki, bu sözləri tibb üzrə elmlər doktoru, millət vəkili Rəşad Mahmudov feysbuk səhifəsində yazıb.

"Sayıqlığı əldən verməməliyik, gigiyenik qaydalara, karantin şərtlərinə əməl etməliyik, arxayınçılığa əsasımız yoxdur! Unutmayaq ki, arzuolunan müsbət nəticələr iki dozu tamamlanmış, üzərindən iki həftə keçmiş insanlar üçün keçərlidir”, - o qeyd edib.

Mahmudov bildirib ki, Mərkəzi Gömrük Hospitalında aparılan ilkin statistik analizlər və müşahidələrə görə aşağıdakılar müəyyən olunub:
- müalicə alan xəstələr arasında vaksin vurdurmuş xəstələr olsa da, həyatını itirənlər arasında iki doz vaksin olunmuş xəstə olmayıb.
- ikinci doz vaksin almış və reanimasiya düşmüş xəstə sayı 1 nəfər olub ki, o da sonradan tam sağalıb və məlum olub ki, xəstə hospitalizasiya olmamışdan əvvəl ev şəraitində dexametazon istifadə edib.

Tibb üzrə elmlər doktoru iki dəfə peyvənd olunmuş və COVID-19-a yoluxmuş şəxslərin həyatı üçün hər hansı bir təhlükənin olmadığını qeyd edib:
"İkinci doz vaksin olunmuş, COVID-ə yoluxmuş xəstələr, ev şəraitində tövsiyə olunmayan dərmanlar qəbul etməzsinizsə, həyatınız üçün heç bir təhlükə olmadığına əmin olun, tam arxayınlıqla virusa qalib gələcəyinizə inanın!”

Millət vəkilinin sözlərinə görə, ölkəmizdə tətbiq olunan bütün növ vaksinlər etibarlı qoruyucular, immunitetimizi bu virusla mübarizədə lazımı səviyyəyə qaldıran dünya tərəfindən qəbul edilmiş preparatlardır.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol