Ağsuda kafedə aşkarlanan koronavirus xəstəsinə cinayət işi başlanılıb

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Anews.az-a verilən məlumata görə, Radim Qədirovun COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib və karantin qaydalarına riayət etməsi tapşırılıb. Lakin həmin şəxs yaşadığı ünvanı tərk edərək kafeyə gedib və infeksiyanın yayılmasına real şərait yaradıb. Əraziyə həkim briqadası dəvət olunub və o, evinə geri qaytarılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























