• $
  • €
  • ₽
  • ₺
  • £

Nəşriyyat “Azadlıq” qəzetinə 10 gün möhlət verdi

Nəşriyyat “Azadlıq” qəzetinə 10 gün möhlət verdi
20.05.2014 20:55

“Azərbaycan” nəşriyyatı 18 min manat borcunu ödəmək üçün “Azadlıq” qəzetinə iyunun 1-ə kimi vaxt verib. 

ANS PRESS-in məlumatına görə, nəşriyyatın mayın 20-də “Azadlıq”a göndərdiyi məktubda qeyd olunur ki, əks halda qəzetin nəşri dayandırılacaq.Qəzetin direktoru Rahim Hacıyev borcun tələb olunmasını siyasi təzyiq sayır və hesab edir ki, bu addım qəzetin bağlanılmasına yönəlib: 

“Qəzetimiz ciddi maliyyə çətinliyi ilə üz-üzədir. Hətta işçilərin 2 aylıq maaşlarını ödəyə bilməmişik. Bu, bizim günahımız yox, daha çox qəzetə qarşı atılan addımların nəticəsidir.Biz uzun müddətdir ki, “Qasid” mətbuat yayımı firmasından satılan nüsxələrin pullarını ala bilmirik. Firmanın bizə 70 min manat borcu var. Üstəgəl, metrodakı və səyyar satışı da qadağan etdilər. Biz nəşriyyatın dediyi müddətdə borcu qaytara bilməyəcəyik. Heç, hissə-hissə ödəməyə də imkanımız yoxdur”. 

“Azərbaycan” nəşriyyatının direktor müavini Bəsti İsmayılova isə qəzetə göndərdikləri məktubun siyasi təzyiqlə heç bir əlaqəsinin olmadığını bildirir:“Heç bir təzyiqdən söhbət gedə bilməz. Sadəcə borcları var, istəyirik. Bir neçə dəfə bu cür problemlə üzləşmişik. Gətirib bir hissəsini ödəyiblər, biz də güzəşt etmişik. İndi də güzəşt etməyə hazırıq”.Keçən ilin noyabrında da nəşriyyat "Azadlıq" qəzetinə borclarını ödəmək üçün möhlət vermişdi. O zaman nəşriyyatın rəhbəri Ağabəy Əsgərov nəşriyyata göndərdiyi məktubunda qeyd edirdi ki, qəzetin nəşriyyata ödənişlərini vaxtında vermədiyindən onlar da çətin maliyyə durumuna düşüb. Sonradan redaksiya borcun bir hissəsini ödədiyindən problem aradan qalxmışdı.

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol