Göyçayda direktor müavini faciəli şəkildə öldü

Göyçay rayonunda müəllim bədbəxt hadisə nəticəsində vəfat edib.
Kənd sakini, 1961-ci il təvəllüdlü Şərifov Xəlil Şərif oğlu həyətyanı sahədə su motoru ilə quyudan su çıxararkən ehtiyatsızlıq edib, motorun elektrik naqilindəki nasazlıq səbəbindən cərəyan onu vurub.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
www.anews.az
Anews.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə bu gün rayonun Bığır kəndində qeydə alınıb.
X.Şərifov hadisə yerində dünyasını dəyişib. O, Bığır kənd 3 saylı tam orta məktəbin direktor müavini, 30 ildən çox Azərbaycan dili və ədəbiyyat müəllimi olub.
Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























