TƏBİB-dən Ramin Bayramlının villa tikdirməsi xəbəri ilə bağlı AÇIQLAMA

TƏBİB bu qurumun rəhbəri Ramin Bayramlının özünə dəbdəbəli villa tikməsi barədə bəzi xəbər saytlarında və sosial şəbəkələrdə yayılan xəbəri təkzib edib, bu barədə TƏBİB-in açıqlamasında bildirilirr.
"Heç bir ciddi fakta və sənədlərə əsaslanmayan və araşdırılma aparılmadan yayılmış məlumatları təəssüflə qarşılayır və təkzib edirik. Hamımız üçün önəmli olan pandemiya ilə mübarizə apardığımız bu dövrdə hər kəsdən daha həssas olmağı xahiş edirik, - açıqlamada qeyd olunur.
Mətbuatda TƏBİB sədri Ramin Bayramlının özünə dəbdəbəli villa tikdirməsi ilə bağlı xəbər yayılıb. Həmin məlumatlarda bildirilir ki, Ramin Bayramlı torpaq sahəsinin sotu 70 min manatdan başlayan Badamdar qəsəbəsi, birinci massivdə 4 sot torpaq alıb və həmin ərazidə villa tikir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























