• $
  • €
  • ₽
  • ₺
  • £

Şirvanda çörək sexindəki partlayışın səbəbi bəlli oldu - YENİLƏNİB

Şirvanda çörək sexindəki partlayışın səbəbi bəlli oldu - YENİLƏNİB
30.08.2021 10:45
Şirvanda güclü partlayış baş verib.

Hadisə şəhərin Tofiq İsmayılov küçəsində yerləşən çörəkbişirmə sexində qeydə alınıb.

Partlayış zamanı sexdə gecə növbəsində işləyən şəhər sakini, 1977-ci il təvəllüdlü Əliyev Zaur Kamil oğlu həyatını itirib.

Partlayışın hansı səbəbdən baş verdiyi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Hadisə zamanı sexin qarşısında olan bir avtomobilə də ciddi ziyan dəyib.

--------------
Şirvan şəhər prokurorluğundan Anews.az-a verilən məlumata görə, avqustun 29-u saat 23:50-də Şirvan şəhəri, T.İsmayılov küçəsində yerləşən çörək bişirmə sexində partlayış baş verib.


Aparılmış araşdırmalarla müəyyən edilib ki, qeyd edilən sexdə qaz sızması səbəbindən baş vermiş partlayış nəticəsində sexin yaxınlığında quraşdırılan, suyun qızdırılmasını təmin edən dəmir soba 60 metr uzaqlıqda olan avtomobilə dəydikdən sonra yaxınlıqda dayanmış Zaur Əliyevə dəyib. Z.Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.


Faktla bağlı Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) və 187.1-ci (xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını odla və ya başqa yüksək təhlükə mənbəyi ilə ehtiyatsız davranma üzündən məhv etmə və ya zədələmə) maddələri ilə cinayət işi başlanıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol