• $
  • €
  • ₽
  • ₺
  • £

Region QHT-si nə iş görür? - Müsahibə

Region QHT-si nə iş görür? - Müsahibə
20.05.2014 18:13
Azərbaycanda, xüsusilə də regionlarda qeyri-hökumət təşkilatlarının nə işlə məşğul olmasını, onların fəaliyyət istiqamətlərinin əsasının nə təşkil etməsini heç də hamı dəqiq bilmir. "Aran" Humanitar Regional İnkişaf İctimai Birliyinin icraçı direktoru Rauf Əliyevin ANN.Az saytına verdiyi müsahibə bu məsələyə az da olsa aydınlıq gətirə bilər. Biz onunla bazar günü, Bərdə şəhərində görüşdük.

- "Aran"ı nə məqsədlə yaratmısınız?- "Aran" Humanitar Regional İnkişaf İctimai Birliyini 2001-ci ildə yaratmışam. Bu mərkəzi yaratmaqla bələdiyyə, səhiyyə və su təminatının inkişafı da daxil olmaqla, Azərbaycanın mərkəzi regionunda sosial inkişafın dəstəklənməsi layihələrinin icrasıyla məşğul olmaq istəyirdim. Biz bundan başladıq.Bizim regionda belə təşkilatlar çox azdır. QHT yaradarkən mən xarici humanitar təşkilatlarla işlədiyim vaxt topladığım təcrübədən istifadə etdim. 10 il ərzində biz cəmiyyətlə işə dair öz təcrübəmizi qazandıq.49 icmada biz ilkin tibbi xidmətin formalaşmasına kömək etdik. Tibbi personal və yuxarı sinif şagirdləri üçün təlimlər keçirdik, yerli həkimlərdən ibarət ginekoloji, pediatriya, terapevt və kardioloji profilli tibbi briqadalar yaratdıq. Bu briqadaları tibbi yardım göstərməsi üçün kəndlərə göndərdik. Dərmanların yerlərdə xəstələrə təcili çatdırılması üçün dərman ehtiyatları fondu yaratdıq.Kəndləri içməli su ilə təmin etmək üçün çox işlər görüldü. Bəzi kəndlərdə qadınlar suyu uzaqdan daşıyırdılar, indi isə su onların birbaşa evinə gəlir. Biz su kəmərləri çəkdik, sanitar problemlərin həlliylə məşğul olduq.Su resurslarını idarə edilməsi üzrə yerli birliklər yaratdıq ki, sakinlərin özləri bu problemləri həll etsinlər. Bizim yaratdığımız təşkilatlar başqa icmalarda tətbiq üçün nümunə və ya modelə çevrildi.Biz kəndlilərin toxumnan təchizatının effektivliyini artırmaqla məşğul oluruq, ən yaxşı toxumları təklif edirik və bu toxumlardan istifadə biliklərini veririk. Kənd təsərrüfatında effektivliyi artıran və kəndlilərin xərclərini azaldan damcı suvarma metodunu tətbiq edirik.-  Bu sadalanan sahələr Kənd Təsərrüfatı Nazirliyinin, Səhiyyə Nazirliyinin, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin fəaliyyət sahələridir. "Aran" dövlət strukturlarının fəaliyyət sferasına müdaxilə etmiş olmurmu?- Mən belə hesab etmirəm. Biz dövlət təşkilatlarına işləməyə mane olmuruq. Kənddə su resurslarının effektiv istifadəsi sahəsindən nümunəni gətirim. Biz regionda su təminatının bütün sistemini dəyişdirmək gücündə deyilik, amma bizimi sistemi 10 icmada tətbiq edə bildik. Dövlət orqanları üçün bu quraşdırmaların nümayişini keçiririk. Qalan kəndlər və Nazirlik bu təcrübəni tətbiq edə bilərlər.Və ya başqa nümunə: məktəblərdə səhiyyə təlimləri keçiririk ki, hər bir vətəndaş başqalarına və özünə ilkin tibbi yardım göstərə bilsin. Əhali arasında sağlam həyat tərzi qaydası təbliğ olunmalıdır.-  Dövlət sizin işlərinizi təkrarlamağa, onları genişləndirməyə çalışırmı?- Hökumət su resurslarının effektiv istifadəsi üzrə geniş proqramı qəbul etdi. Bu proqram bizim işimizə, təkliflərimizə və təcrübəmizə əsaslandırılıb.- Heç də hər kəs donorla razılaşa bilmir. Bu qədər geniş miqyaslı işlərin görülməsi üçün vəsait haradan götürülür?- Biz donorlar qarşısında layihələrlə çıxış edirik. Əsas bizim donorlarımız – Britaniyanın Oxfam təşkilatı, Avropa Birliyi və başqa təşkilatlardır. Donorlarla yazışmağa yarım il vaxtımız gedir. Layihələrin icrası zamanı onlar bizi yoxlayırlar, biz onlara aylıq maliyyə hesabatları veririk. Vaxtaşırı donorlar tərəfindən auditor yoxlamaları keçirilir. Ümumiyyətlə, donorlarla ünsiyyət və əməkdaşlıq proseduru asan deyil, bu, həmçinin müəyyən bacarıq və təcrübə tələb edir.- Bu sahədə sizi ən böyük təşkilat hesab etmək olarmı?- Belə demək daha doğru olar ki, bizim təşkilatımız digər QHT-lərlə müqayisədə böyük fəaliyyət spektrini əhatə edir. Tibb, içməli su, kənd təsərrüfatı və s. Bizdə ştat üzrə çoxlu işçilər var. Hazırda biz iki layihə yerinə yetiririk. Əvvəllər 15-20 işçimiz vardı.Kamal ƏliBakı-BərdəANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol