• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Qəhrəmanın şəhid olduğu yerə onun xatirə lövhəsi vuruldu - FOTO

Milli Qəhrəmanın şəhid olduğu yerə onun xatirə lövhəsi vuruldu - FOTO
30.08.2021 18:54
Azərbaycan Respublikasının Laçın rayonunun Hoçaz kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Oqtay Güləli oğlu Güləliyevin xatirəsi əbədiləşdirilib.
 
Anews.az xəbər verir ki, bu barədə məlumat "Facebook” sosial şəbəkəsində şəhidin döyüş yoldaşları tərəfindən ictimailəşdirilib.
 
Belə ki, Hoçaz kəndinin yaxınlığında yerləşən qayaların birinə Oqtay Güləli oğlu Güləliyevin xatirə lövhəsi vurulub.
 Məlumat üçün qeyd edək ki, Oqtay Güləliyev 10 noyabr 1962-ci ildə Laçın rayonunun Xaçınyalı kəndində doğulub.
 
1982-ci ildə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılıb.
 
Laçın polisində işlədiyi vaxt Ermənistan-Azərbaycan münaqişəsinin daha da kəskinləşdiyi bir dövrə təsadüf etdiyindən Oqtay Güləliyev də polis işçisi kimi ermənilərə qarşı əməliyyatlarda iştirak edib, uğursuzluqla sona çatan "Daşaltı əməliyyatı” zamanı onun rotası mühasirəyə düşən 80 nəfər əsgəri təhlükəsiz zonaya çıxarmağa müvəffəq olub.
 
Daha sonra Pircahan kəni yaxınlığında ağır yaralanıb, lakin müalicə olunaraq cəbhəyə qayıdıb.
 
Oqtay Güləliyevin Laçın dəhlizini geri almaq üçün əməliyyat planı 1992-ci il sentyabrın 19-da uğurla başa çatıb və beləliklə Gorus-Şuşa yolu nəzarətə alınıb, lakin düşmən ərazini yenidən ələ keçirməyə müvəffəq olub və Oqtay Güləliyevin qüvvələri mühasirəyə düşüb.
 
11 oktyabr 1992-ci ildə Hoçaz yüksəkliyində gedən ağır döyüş Oqtay Güləliyevin son döyüşü oldu.
 
Azərbaycan Respublikası Prezidentinin 11 may 1993-cü il tarixli fərmanı ilə Güləliyev Oqtay Güləli oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
 
Milli Qəhrəman Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.
 





www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol