Yola yağ dağıldı, “20 Yanvar” dairəsi bağlandı - FOTO

Paytaxtın Tbilisi prospekti Cavadxan küçəsilə kəsişmədən "20 Yanvar" dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.
Bu barədə Anews.az-a Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayevə istinadən xəbər verir.
Belə ki, gecə saatlarında "20 Yanvar" dairəsində yük avtomobilinin aşması nəticəsində yola yağ dağılıb. Hazırda Bakı şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin xüsusi texnikaları əraziyə cəlb edilməklə yolda təmizlənmə işləri görülür.
Yolun bağlanması ilə əlaqədar olaraq bu hissədən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi də müvəqqəti olaraq dəyişdirilib. Avtobusların hərəkəti digər avtomobillərin yönləndirildiyi küçə və prospektlərdən keçməklə təşkil edilib.

www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib