• $
  • €
  • ₽
  • ₺
  • £

Ölkə ərazisində oduncaq tədarükü davam edir

Ölkə ərazisində oduncaq tədarükü davam edir
31.08.2021 22:00
Qışa hazırlıq məqsədilə Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində oduncaq tədarükü davam edir.


Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov Anews.az-a bildirib ki, 1-15 sentyabr tarixlərində oduncaq tədarükü ölkə üzrə aşağıdakı meşə ərazilərində həyata keçiriləcək:


• Zaqatala rayonu, Muğanlı, Danaçı, Car, Tala, Muxax və Əliabad meşəbəyliklərində;
• Balakən rayonu, Kortala və Qabaqçöl meşəbəyliklərində;
• Qax rayonu, Qıpçaq, Qax, Qum və İlisu meşəbəyliklərində;
• Şəki rayonu, Kiş, Şin və Zəyzid meşəbəyliklərində;
• Qəbələ rayonu, Yenikənd və Bum meşəbəyliklərində;
• İsmayıllı rayonu, Qalınçaq meşəbəyliyində;
• Şamaxı rayonu, Şamaxı meşəbəyliyində;
• Ağsu rayonu, Ağsu meşəbəyliyində;
• Quba rayonu, Vəlvələ, Quba, Rustov və Alpan meşəbəyliklərində;
• Qusar rayonu, Qusar meşəbəyliyində;
• Xaçmaz rayonu, Xudat və Xaçmaz meşəbəyliklərində;
• Şabran rayonu, Dəvəçi, Pirəbədil və Dənizkənarı meşəbəyliklərində;
• Xızı rayonu, Qarabulaq meşəbəyliyində;
• Qazax rayonu, Qazax meşəbəyliyində;
• Goranboy rayonu, Goranboy meşəbəyliyində;
• Göygöl rayonu, Hacıkənd və Zurnabad meşəbəyliklərində;
• Zərdab rayonu, Bıçaqçı meşəbəyliyində;
• Bərdə rayonu, Soltanbud 1 və Soltanbud 2 meşəbəyliklərində;
• Ağdaş rayonu, Ağzıbir meşəbəyliyində;
• Ağcabədi rayonu, 1, 2, 3, 5 saylı meşəbəyliklərində;
• Beyləqan rayonu, Mil və Beyləqan meşəbəyliklərində;
• Daşkəsən rayonu, Əmirvar, Bayan və Dəstəfur meşəbəyliklərində;
• Samux rayonu, Samux meşəbəyliyində;
• Gədəbəy rayonu, Qalakənd, Saratovka, Şınıx və Qızılca meşəbəyliklərində;
• Şəmkir rayonu, Şəmkir meşəbəyliyində;
• Şirvan şəhəri, Şirvan meşəbəyliyində;
• Cəlilabad rayonu, Göytəpə və Cəlilabad meşəbəyliklərində;
• Masallı rayonu, Yeyənkənd meşəbəyliyində;
• Yardımlı rayonu, 1, 3, 4 saylı meşəbəyliklərində;
• Lerik rayonu, Razvandoband, Lerik və Gürdəsər meşəbəyliklərində;
• Astara rayonu, Əsxənəkəran və Təngərüd meşəbəyliklərində;
• Lənkəran rayonu, Haftoni meşəbəyliyində.


Tədarük olunan oduncaq Müdafiə Nazirliyinin, Sərhəd və Daxili Qoşunların hərbi hissələrinə, Təhsil, Səhiyyə müəssisələrinə və qazlaşdırılmayan ucqar kəndlərin əhalisinə dəyəri ödənilməklə verilir.


Nazir müavini oduncağa ehtiyacı olan qurumlara və əhaliyə meşələrə üz tutmamağı, aidiyyəti üzrə regional meşə təsərrüfatı mərkəzlərinə müraciət etməyi tövsiyə edib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol