• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda saxta COVID pasportu satan şəxslər SAXLANILDI

Bakıda saxta COVID pasportu satan şəxslər SAXLANILDI
31.08.2021 12:26
Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun  mətbuat xidmətləri birgə məlumat yayıb. 

Anews.az xəbər verir ki, məlumatda deyilir:

"Daxil olmuş məlumatlar və keçirilən yoxlamalar nəticəsində bəzi şəxslərin ölkəmizdə koronovirus pandemiyası əleyhinə aparılan vaksinasiya prosesinə qanunsuz  yollarla müdaxilə edərək pul müqabilində ayrı-ayrı vətəndaşlara dair məlumatları "e-tebib” elektron qeydiyyat sisteminə yerləşdirmələri və bununla da guya peyvənd olunmaları ilə bağlı onlara  saxta "COVID-19” pasportu satmaları müəyyən olunub.


Belə ki, Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən avqustun 30-da keçirilən tədbirlərlə saxta "COVID-19” pasportu satmaqda şübhəli bilinən Bakı şəhər sakinləri Fikrət Şıxıyev, Eldar Mirzəyev və Şirin Şirəliyev saxlanılmışlar.


İlkin dindirmə zamanı onlar hər birindən 225 manat almaqla 40 nəfər şəxsə belə saxta sənəd satdıqlarını etiraf etmişlər. F.Şıxıyevə məxsus  "Mercedes” markalı avtomobilə baxış keçirilərkən bir vətəndaşa məxsus vaksinasiyanın hər iki dozası qeyd olunmuş "COVID-19” pasportu, 30 nəfərə aid üzərilərində mobil nömrələri yazılmış şəxsiyyət vəsiqələrinin surətləri və bank kartları aşkar edilərək götürülmüşdür.


Hazırda faktla bağlı Rayon Polis İdarəsinin və Rayon prokurorluğunun əməkdaşları tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir". 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol