• $
  • €
  • ₽
  • ₺
  • £

Vəkil Orxan Zeynalovun müdafiəsindən imtina etdi

Vəkil Orxan Zeynalovun müdafiəsindən imtina etdi
20.05.2014 16:55

Moskvanın Qərbi Biryulevo rayonunda şəhər sakini Yeqor Şerbakovun qətlində şübhəli bilinən azərbaycanlı Orxan Zeynalovun vəkili onun müdafiəsindən imtina edib.

Azərbaycanın Rusiyadakı səfirliyindən Modern.az-a verilən məlumata görə, yaxın günlərdə Orxan Zeynalova yeni vəkil tutulacaq.  Səfirlikdən onu da bildiriblər ki, bu ayın sonunda məhkəmənin vaxtı da bəlli olacaq.“Konsul və səfir 10 gündən bir Orxan Zeynalovla  görüşür. Artıq istintaq bitib. Yaxın günlərdə müqavilə ilə ona yeni vəkil tutulacaq. Çünki hazırkı vəkil prosesi davam etdirmək istəmir. Məhkəmənin vaxtı bu ayın axırı müəyyənləşəcək. O ki qaldı Orxan Zeynalovun müvəqqəti saxlanma yerinə, orada şəraiti pis deyil. Konsulla olan sonuncu söhbətinə görə ona heç kim pis baxmır. Sadəcə olaraq özü daxildə olan rejimi pozursa, hər hansı qanun pozuntusuna yol verirsə, daxili nizamnaməyə görə, cəzalandırıla bilər. Amma bildiyimizə görə, Orxan Zeynalov elə də qanunsuzluq etmir”. Səfirlikdən onu da qeyd ediblər ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu daim Orxan Zeynalovla maraqlanır.“Səfir onunla həmişə maraqlanır. Hətta səfirlik tərəfindən Xarici İşlər Nazirliyinə iki nota verildi. Bu məsələ ilə konsulun məşğul olması da səfirin istəyi ilə baş verib”, - deyə səfirlikdən bildirilib. Xatırladaq ki, Y.Şerbakovun qətlə yetirilməsi Rusiya paytaxtının Qərbi Biryulevo rayonunda kütləvi iğtişaşlara səbəb olmuşdu.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol