• $
  • €
  • ₽
  • ₺
  • £

Şahbaz Quliyev ikinci dəfə evləndi - FOTO

Şahbaz Quliyev ikinci dəfə evləndi - FOTO
31.08.2021 15:56
2020-ci ilin dekabr ayında erməni girovluğundan azad edilən Şahbaz Quliyev ikinci dəfə evlənib, bu barədə Şahbaz Quliyev modern.az saytına açıqlama verərkən deyib.


O bildirib ki, toy məclisi təşkil edilməsə də, ailə qurması xəbəri doğrudur. Şahbaz Quliyev ailə qurduğu xanımın kimliyi haqqında məlumat vermək istəməyib.

Şahbazın bacısı İradə Quliyeva isə qardaşının keçmiş həyat yoldaşının uzun müddətdir ondan ayrıldığını söyləyib. O qeyd edib ki, Albina Quliyeva (Veselova) qız övladını da götürərək, vətəndaşı olduğu Rusiyaya qayıdıb:

"Qızının Şahbazla əlaqəsi var. Hazırda 11-ci sinifdə oxuyur. Bəlkə də özü qayıtmaq istəyəcək. Amma hələlik anasının yanındadır”.

2014-cü ilin iyul ayında əslən Kəlbəcərdən olan Dilqəm Əsgərov və Şahbaz Quliyev öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Onlarla birlikdə gedən 1978-ci il təvəllüdlü Cəbrayıl rayon sakini Həsən Həsənov isə ermənilər tərəfindən öldürülüb. Ermənilərin Qarabağda həmvətənlərimiz üzərində qurduğu qondarma "məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatdan sonra beynəlxalq təşkilatların və Rusiya Sülhməramlı Qüvvələri komandanlığının iştirakı ilə aparılmış danışıqlar nəticəsində erməni tərəfi ilə əsir və girovların "hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi barədə razılıq əldə olunub. 2020-ci ilin dekabr ayında Şahbaz Quliyev və Dilqəm Əsgərov girovluqdan azad edilərək Bakıya gətirilib.





www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol