Nazirlik internatda 7 yaşlı uşağın döyülməsi barədə məlumatı araşdırır

Təhsil Nazirliyinin nümayəndələri 7 nömrəli İnternat Məktəbində döyülən uşaqla bağlı vəziyyəti araşdırmaq üçün həmin internat məktəbinə ezam olunub.
Təhsil Nazirliyindən verilən məlumata görə, məsələ ilə bağlı nazirlik tərəfindən araşdırma aparılır: “Araşdırma yekunlaşdıqdan sonra bununla bağlı mətbuata məlumat veriləcək”. Qeyd edək ki, Suraxanı rayonunda yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbində 7 yaşlı uşağın döyülməsi ilə bağlı məlumat yayılıb. ANN.AzOxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























