• $
  • €
  • ₽
  • ₺
  • £

Prokurorluq ərini öldürüb həyətdə basdıran qadınla bağlı MƏLUMAT YAYDI

Prokurorluq ərini öldürüb həyətdə basdıran qadınla bağlı MƏLUMAT YAYDI
01.09.2021 12:08
Neftçala rayonunda ərini öldürən şəxsin məhkəməsi başlayır.

Bu barədə Anews.az-a rayon Prokurorluğundan məlumat verilib.

Bu il mayın 6-da rayonun Aşağı Surra kənd sakini Qalib Əsgərovun yaşadığı evin həyətində qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılmışdır.

İstintaqla müəyyən edilmişdir ki, zərərçəkmişin arvadı Şahzadə Məhərrəmova şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı yaşadıqları evin həyətində olan bel vasitəsilə Qalib Əsgərovun baş nahiyəsinə vuraraq xəsarətlər yetirərək qəsdən öldürmüş, daha sonra cinayətin izini itirmək məqsədilə meyiti evin həyətində basdırmışdır.

Şahzadə Məhərrəmova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol