• $
  • €
  • ₽
  • ₺
  • £

Londonda milyonlarla dollarlıq evlər almaq istəyən azərbaycanlı müştərilər

Londonda milyonlarla dollarlıq evlər almaq istəyən azərbaycanlı müştərilər
01.09.2021 13:01
Londonun daşınmaz əmlak bazarında koronavirus pandemiyası ilə bağlı yaranmış süstlük yeni canlanma ilə əvəzlənib və "dumanlı albion”da dəyəri milyonlarla dollar olan mənzil almaq istəyən xarici ölkə vətəndaşlarının sayında yenidən artım müşahidə olunur. Onların arasında Azərbaycandan olan müştərilər də var.

Britaniyanın "Estate Agent Today” portalı yazır ki, Londonun tanınmış daşınmaz əmlak agenti şəhərə daha çox xarici müştərilərin qayıtdığını deyir. Və gözləyir ki, sentyabr ayında onların sayı daha da artacaq.

 "Eccord” daşınmaz əmlak agentliyinin icraçı direktoru Co Ekkls bildirir ki, hazırda o, İsrail, Azərbaycan, Avstraliya və Amerikadan olan müştərilərlə işləyir. Həmin müştərilər 2.5 milyon funt sterlinqdən 10 milyon funt sterlinqə qədər dəyərində evlər almaq üçün sifarişlər veriblər.

Co Ekkls deyir ki, postpandemiya vəziyyətində daşınmaz əmlakın qiyməti də artır. Böyük Britaniyanın təhsil sistemi və Londonun şəhər kimi cəlbediciliyi onun daşınmaz əmlakını yenidən cəlbedici edir. Varlı əcnəbilər ailələrini, uşaqlarını Londonda yerləşdirirlər və ya orada elit klublara üzv yazılırlar. Nəticədə özlərinə mənzil alırlar.

Onun sözlərinə görə, bəzi müştərilər özləri ev axtarmağa çalışır, amma tapa bilməyəndə daşınmaz əmlak agentinin xidmətlərinə müraciət edir. Bu da müştərilərin artmasına səbəb olur.

 Böyük Britaniyada qəbul edilmiş yeni qanunlara əsasən bu ölkədə hansısa daşınmaz əmlak və ya digər aktivlər almaq istəyən xaricilər vəsaiti qanuni yolla qazandıqlarını sübut etməlidir.(virtualorg)

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol