• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda COVİD-19 xəstələrinə dərman tapılmır - ŞİKAYƏT

Bakıda COVİD-19 xəstələrinə dərman tapılmır - ŞİKAYƏT
01.09.2021 18:08
Maştağa qəsəbəsində ailənin 3 üzvü COVİD-19-a yoluxsa da, yalnız 1 nəfər üçün dərman paketi göndərilib. Bu barədə anews.az-a şikayətçi Iradə Hüseynova  məlumat verib.

"Avustun 24-də analiz verdim, cavablar avqustun 27-də çıxdı. O da sahə həkimimiz harasa zəng vurdu, sonradan cavab çıxdı. Gəlinimin cavabları da 2 gündən sonra məlum oldu. Oğlum 4 gündür test verib, hələ bu gün cavabı ala bildik. İynə-dərmanı sahə həkimi yazdı. Dərmanların da qiyməti çox bahadır. Mən sahə həkimindən narazı deyiləm, o əlindən gələni edir, maraqlanır. Amma bizə dərmanlar verilmir", - deyə şikayətçi bildirib. 

Ailənin hər 3 üzvü evdə rəsmi qeydiyyatda olsa da, yalnız bir nəfər üçün dərman paketi göndərilib. 

"Haqqımı tələb edirəm. Gələcəyin 2 əsgərini yetişdirirəm. Tək mən bu vəziyyətdə deyiləm, bütün Azərbaycan bu durumdadır. Sadəcə insanlar susur. Qohum-əqrəbamda da covid-ə yoluxanlar oldu, onlar məsələni ictimailəşdirməyə  qorxdular. Evimdə 2 körpə uşaq var və susmaq fikrim yoxdur".
 
İradə Hüseynovanın sözlərinə görə, oğlu vaksinin 2 dozasını da  vurdurub.

"Gəlnimin nəticələri pozitiv çıxanda gətirib dərman verdilər. Sual verdim ki, bəs mənim dərmanım hanı? Cvabları belə oldu ki,  hər mənzilə yalnız bir nəfər üçün dərman paketi verilir". 

İradə Hüseynova Maştağada 7 nömrəli poliklinikada qeydiyyatdadır.
 
Səhiyyə Nazirliyindən anews.az-a verilən məlumata görə, dərmanlar yalnızkoronavirus infeksiyasına yoluxma ilə bağlı  simptomlar olanlara göndərilir. Yəni, xəstəliyi  simptomsuz keçirənlər bu paketi almır.  Xəstəliyi simptomsuz və ya yüngül  keçirən vətəndaşlar evdə müalicə almaq üçün dövlət tərəfindən vitamin kompleksi ilə təmin olunurlar. Kompleksə vitamin C, vitamin D3, Maqnezium, Sink, Selen və Parasetamol kimi preparatlar daxildir. Adı çəkilən preparatların qəbulu müalicə və xəstəliyin gedişatı ərzində yaranma ehtimalı olan fəsadların qarşısını almaq məqsədilə xəstələrə təyin olunur. Evdə nəzarətdə saxlanılan şəxslərə sahə poliklinikaları tərəfindən göstərilən xidmətə antibiotik və antivirus əleyhinə preparatların verilməsi eləcə də venadaxili inyeksiyaların qəbulu daxil deyildir.
 
Bir sözlə Səhiyyə Nazirliyinin verdiyi açıqlamadan bəlli olur ki, şikayətçinin bütün ailə üzvlərinə dərman paketi verilməlidir. Ümid edirik ki, şikayətçinin  problemi nazirlik tərəfindən həll ediləcək. 
 
Rafiq Şahbazov

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol