• $
  • €
  • ₽
  • ₺
  • £

Qətl baş verən “Beerlin Pub”ın sahibinin kimliyi bilindi - FOTOLAR

Qətl baş verən “Beerlin Pub”ın sahibinin kimliyi bilindi - FOTOLAR
01.09.2021 19:05
Bir neçə gün öncə qətl törədilən "Beerlin Pub”ın sahibinin kimliyi məlum olub.

Anews.az  "Kriminalqafqaz”a istinadən xəbər verir ki, son günlər müzakirə obyektinə çevrilən məşhur "pub”ın sahibi iş adamı Ceyhun Həsənovdur.

Məlumatlara görə, hadisə baş verən "Beerlin Pub” Ramil adlı şəxsin adına sənədləşdirilib. Qətl hadisəsindən sonra həmin şəxsin də saxlanıldığı, bir neçə saat öncə sərbəst buraxıldığı bildirilir.

Onun atası vaxtilə polis sistemində çalışıb və vəfat edib. C.Həsənov hələ yeniyetmə yaşlarından pub-restoran sahəsində fəaliyyət göstərən şəxs olub. Onların ailələrinin böyük restoran şəbəkəsi var.

Belə ki, Ceyhunun qayınanası Nərgiz xanımın da ayrıca restoran şəbəkəsi olması haqda məlumatlar var. "My dom u Nargiz” restoranı da həmin şəbəkəyə daxildir. Onların sahib olduğu restoranlar Bakının ən məşhur və elit iaşə obyektlərindən biri olub. "2 Beer Baku”, "Yaşıl vadi” adlı məşhur obyektlər də C.Həsənova məxsusdur.

Ceyhun Həsənov həm də Bakıda "Cinema klublar kralı” kimi tanınır. Məlumatlara görə, Ceyhun Həsənov hərbi xidmətdən də yayınıb.
Ceyhun Həsənov sosial şəbəkələrdə də lüks avtomobillərinin fotosunu paylaşıb.

Avqustun 29-da axşam saatlarında "Beerlin Pub” kafesində tanınmış məşqçi və həmin obyektin mühafizəçisi Orxan Şahbazov müştəri Vüqar Mustafayevi döyərək öldürüb. Vüqar Mustafayev Ukraynanın Azərbaycandakı Səfirliyinin əməkdaşı işləyib.
 









www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol