• $
  • €
  • ₽
  • ₺
  • £

Gəncədə qanunsuz ağacları kəsən kimlərdir?- Prokurorluqdan açıqlama

Gəncədə qanunsuz ağacları kəsən kimlərdir?- Prokurorluqdan açıqlama
02.09.2021 10:43
Gəncənin Nizami rayonunda qanunsuz ağacların kəsilməsi ilə bağlı araşdırmalar aparılıb. Bu barədə Gəncə şəhər prokurorluğundan anews.az-a bildirilib. 
 
"Gəncə şəhəri Nizami rayonu ərazisində ağacların qanunsuz olaraq yerindən çıxarılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş material əsasında Gəncə şəhər prokurorluğunda araşdırma aparılıb.

Araşdırmalarla müəyyən edilmişdir ki, qeyd edilən ərazidə yerləşən qeyri-yaşayış binasının tikintisini, özəlləşdirilməsini və digər işlər aparmasını etibarnamə əsasında əldə etmiş Gəncə şəhər sakini Ədalət Heydərov Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən həmin tikinti obyekti ilə bağlı sənədləri hazır etdikdən sonra obyektin ərazisində yerləşən ağaclıq-kolluq sahəni çıxarıb digər bir yerə əkilməsi hüququnu əldə etdiyini düşünərək qeyd olunan ünvandakı obyektin qarşısında olmuş 27 ədəd kolu və 2 ədəd ağacı qanunusuz olaraq çıxarıb".

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 259.1 (meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi xeyli miqdarda ziyan vurduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat idarəsinə tapşırılıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol