• $
  • €
  • ₽
  • ₺
  • £

Səhiyyə Nazirliyi polisin, polis isə nazirliyin üzərinə atır - PROBLEM

Səhiyyə Nazirliyi polisin, polis isə nazirliyin üzərinə atır - PROBLEM
02.09.2021 12:08
Xaricdə vaksinasiya olmuş  vətəndaşların Azərbaycanda  COVİD-19 pasportlarını necən qeydiyyatdan keçirməsi barədə qaydalar məlum deyil, bunu anews.az-a müraciət edən Vüqar Abbasov bildirib.
 
"Bakıya istirahət üçün gəlmişəm.Bu gün yaxınlaşdığım restoranlardan birinə məni buraxmadılar. Bildirdilər ki, sizin adınız portalda çıxmır. Vurduğunuz vaksin burda keçərli deyil. Niderlandda "Pfizer" vaksini vurdurmuşam. Əlimdə COVID-19 pasportu da var. Lakin Azərbaycanda qapalı məkanlara giriş üçün qeydiyyatdan keçmək lazımdır. Biz xaricdə vaksin vurdurmuş  vətəndaşlar bu qeydiyyat prosesinin harda aparıldığını bilmirik. Ölkədə məndən başqa nə qədər turist var. Onlar da eynilə mənim kimi nə edəcəyini bilmir. Məhdudiyyətlər xarici vətəndaşlar üçün necə tənzimlənir onu da bilmirik",  - deyə Abbasov bildirdi. 
 
Məsələ ilə bağlı Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq və nazirliyin sözçüsü xaricdə vaksin olunanların  COVID-19 pasportunun yoxlanması prosesi ilə Daxili İşlər Nazirliyinin məşğul olduğunu dedi. O, öz fikrini  qapalı məkanlarda giriş-çıxışa DİN əməkdaşlarının nəzarət etməsi ilə əsaslandırdı.  
 
Daxili İşlər Nazirliyinin mətbuat katibi Elşad Hacıyev isə bu prosesin onlara aid olmadığını söylədi.
 
"Xarici ölkə vətəndaşlarının qeydiyyat prosesinə Səhiyyə Nazirliyi nəzarət edir. Vətəndaşlar onlarda yaradılmış qaynar xəttə müraciət etməklə qeydiyyat prosesini həyata keçirə bilər. Daxili İşlər Nazirliyi sadəcə vətəndaşların COVID-19 pasportu olub olmadığını yoxlayır",  - deyə nazirliyin sözçüsü əlavə etdi. 
 
Azərbaycan Prezidentinin  köməkçisi Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın son brifinqində bildirmişdi ki, hər hansı şəxs xaricdə vaksinasiya olunubsa, "Qaynar xətt”ə zəng vurmalı və vaksinasiya olunması barədə  sənəd təqdim etməlidir. Əgər şəxsin sənədi saxta deyilsə, sistemə daxil ediləcək. Amma hansı "Qaynar xətt"dən söhbət getdiyi və bu qeydiyyatın hansı normativ sənəd əsasında və necə aparılacağı bildirilməmişdi. 
 
Azərbaycanda sentyabrın 1-dən etibarən iri ticarət mərkəzlərinə, mehmanxanalara, kafelərə, restoranlara və digər ictimai iaşə obyektlərinə giriş üçün vətəndaşlardan mütləq qaydada COVID-19 pasportu tələb olunur.  Xaricdə vaksin almış şəxslər, o cümlədən turistlərin vəziyyəti naməlum olaraq qalır.
 
Gülnar Nazimqızı 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol