Avqustda iki mülki şəxs minaya düşüb

Rəsmi strukturlardan, regional koordinatorlardan və digər mənbələrdən alınmış məlumatlar nəticəsində 2021-ci ilin avqustunda 2 hadisə nəticəsində 2 nəfərin piyadalar əleyhinə minalardan zərər çəkdiyi qeydə alınıb.
Anews.az xəbər verir ki, bu barədə Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyinin sədri Hafiz Səfixanov bildirib.
Onun sözlərinə görə, nəticədə biri mina təmizləyən olmaqla iki mülki şəxs yaralanıb.
2021-ci ilin avqust ayında minalarla bağlı hadisələr Ağdam və Daşkəsən rayonlarının ərazisində baş verib.
11 Avqust 2021-ci il tarixdə Azərbaycan Respublikasının beynəlxalq miqyasda tanınmış ərazisində müvəqqəti yerləşən Rusiya Federasiyasının sülhməramlı qüvvələrinin nəzarət etdiyi Xocavənd rayonunun Yenikənd kəndində 3 nəfər Ermənistan hərbçisi mina partlayışından yaralanıb.
"Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyi bir daha əhaliyə müraciət edərək xahiş edib ki, işğaldan azad olunmuş ərazilərə səfər etməsinlər, partlamamış hərbi sursatlara toxunmasınlar.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























