Azərbaycanda pensiya alanların sayı niyə azalır? - AÇIQLAMA

Azərbaycanda pensiyaya çıxanların sayı 2020-ci ildə 2011-ci ilə nisbətən 742.043 nəfərə qədər 831.122 nəfər idi. Bu barədə Azərbaycan Dövlət Statistika İdarəsi məlumat verir.
Azərbaycan Respublikasının "Əmək pensiyaları haqqında” qanununun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi kişilər üçün 65, qadınlar üçün isə 62 yaş müəyyən edilib.
Beynəlxalq standartlara görə təqaüd yaşı elə müəyyən olunmalıdır ki, insanlar pensiyaya çıxdıqdan sonra ortalama olaraq 12 il yaşaya bilsin. Dövlət Statistika Komitəsinin 2011-2020 –ci illərdə yaşa görə pensiyaya çıxanların sayına nəzər yetirsək görərik ki, Azərbaycanda bu rəqəm 7,25 ildir.

İqtisadçı ekspert Qubad İbadoğlu Azərbaycanda pensiya alanların azalmasını bir neçə səbəblə izah edir.
Onun fikrincə birinci səbəb pensiya yaşının qaldırılmasıdır ki, bu göstəriciyə görə Azərbaycan MDB dövlətləri arasında liderlik edir.
İkinci səbəb kimi ekspert pensiya hüququnun təmin olunmamasını əsas gətirir, hansı ki, 2016-cı ildən etibarən pensiya haqqını ala bilməyənlərə yaşa görə müavinət (qocalıq müavinəti) verilir. 2019-cu il aprelin 1-indən etibarən onun aylıq məbləği 130 manat təşkil edir. Bu sistemə keçid başlayan ili yaşa görə müavinət alanların sayı 16 min nəfər idi, hazırda onların sayı 110 min nəfərə çatıb. Bu o deməkdir ki, 110 minə qədər ahıl vətəndaşın pensiya haqqı tanınmadığından onlara qocalıq müavinəti verilir.
Son səbəb kimi Qubad İbadoğlu prosesi ölümün cavanlaşması ilə əlaqələndirir.
2019-cu ilin demografik statistikasına görə, həmin il ölənlər arasında 65 yaşına çatmamış Azərbaycan kişilərinin payı 40 faiz, qadınların xüsusi çəkisi isə 31 faiz olub. 2020-ci ildə müharibə və pandemiyaya görə xüsusilə də kişilər arasında gənc yaşlarında ölüm hallarının çoxalması onu deməyə əsas verir ki, ötən il ölən kişilərin hər ikisindən biri pensiya yaşına çatmamış vəfat edib. Beləliklə də bu il iyulun 1-ə keçən illin eyni eyni dövrünə nisbətən pensiya alanların sayında 43,3 min nəfər, son 3 il 6 ayda pensiya alanların sayında isə 104,3 min nəfər azalması ilə əsaslandırır.

Məsələ ilə bağlı Milli Məclisin Əmək və Sosial Sisayət Komitəsinin sədri Musa Quliyev bildirdi ki, Dövlət Statistika Komitəsində Azərbaycanda pensiyaya çıxan şəxslərin orta yaşama ili 12 bəzən də 13 ildir.
"Bu gün Azərbaycanda pensiyaçıların 80 faizindən çoxu yaşa görə pensiya alır. Onlar da 77 yaş üstündə olan şəxslərdir. Bəzi radikal adamlar var müəyyən rəqəmlərlə manipulyasiya etməklə əhalinin müəyyən qrupunun dövlətdən, hökümətdən narazı salmaqla məşğul olurlar. Bizdə orta ömür yaşı təxminən 78 yaşa yaxındır. 2011-ci illə müqayisədə yaşa görə pensiya alanların sayının azalması isə onunla əlaqədardır ki, bir neçə il öncə ölkədə pensiya yaşı 60 idi. Bu rəqəm 65 qədər yüksəldiyi üçün azalma baş verib", - deyə deputat əlavə etdi.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























