“Bees Airline” Odessa və Gəncə arasında mütəmadi reyslər həyata keçirəcək

"Bees Airline” aviaşirkəti 2021-ci ilin noyabr ayından etibarən Odessa və Gəncə arasında mütəmadi reyslər həyata keçirməyə başlayacaq.
Anews.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Ukraynanın Dövlət Aviasiya İdarəsi şirkətə Azərbaycana, o cümlədən Odessa-Gəncə istiqamətində uçuşlar həyata keçirmək hüququ verib.
Ümumilikdə, 3 Ukrayna aviaşirkəti Azərbaycana, İsrailə, Çex Respublikasına, Bəhreynə, Avstriyaya və Portuqaliyaya uçmaq hüququ əldə edib. "Bees Airline” Azərbaycandan savayı Çex Respublikası və Bəhreynə də uçuşlar həyata keçirəcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























