Prokurorluq Lənkəranda qətllə bağlı məlumat yaydı

Lənkəranda həyat yoldaşını çoxsaylı bıçaq zərbələri nəticəsində öldürən Aqşin Mirzəyev həbs olunub. Bu barədə prokurorluqdan anews.az-a bildirilib.
"Avqustun 27-i saat 21 radələrində 1985-ci il təvəllüdlü Aynur Mirzəyevanın Lənkəran rayonu ərazisində yaşadığı evdə xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri 1985-ci il təvəllüdlü Aqşin Mirzəyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Aynur Mirzəyevaya çoxsaylı bıcaq xəsarətləri yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmışdır.
Aqşin Mirzəyev təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib".
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























