TƏCİLİ!- Baş prokurorluq balkondan yıxılaraq ölən ana və uşağı ilə bağlı məlumat yaydı

Azərbaycan Respublikasının Baş Prokurorluğu avqustun 30-da paytaxtın Səbail rayonu ərazisində yaşayan Aytən Niftəliyeva və azyaşlı övladı Tahirə Niftəliyevanın ölümü ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
"Kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçilərinə müraciət edərək qeyd olunan həssas mövzu ilə bağlı etik və qanunvericilik normalarına riayət etməklə Baş Prokurorluğun Mətbuat xidməti ilə dəqiqləşdirmə aparmadan hər hansı məlumatın yayılması hallarına yol verilməməsi tövsiyə edilir".
Avqustun 30-da paytaxtın Səbail rayonu ərazisində yaşadıqları evin pəncərəsindən yıxılan Aytən Niftəliyeva və azyaşlı övladı müalicə olunduqları xəstəxanada vəfat edib. Faktla bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanmaqla istintaq aparılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























