Vurulan vaksinlərin ümumi sayı 7 milyonu keçdi

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 98 494 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Anews.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 60 167 , ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 38 327 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 7009933 , birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4239851, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2770082 təşkil edir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























