• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyada tankçılarımıza qarşı süni əngəl - Mane ola bilmədilər!

Rusiyada tankçılarımıza qarşı süni əngəl - Mane ola bilmədilər!
02.09.2021 21:24
Rusiyanın paytaxtı Moskvada "Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində keçirilən "Tank biatlonu” müsabiqəsi davam edir. Müsabiqənin yarımfinal mərhələsində uğurla çıxış edən tankçılarımız finala yüksəlib.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu, heç də asan olmayıb. Burada söhbət təkcə hərbçilərimizin təcrübə və ya hazırlığından getmir.
Belə ki, Azərbaycan tankçıları Rusiyada keçirilən müsabiqədə süni əngəllərlə üzləşiblər.

Məsələ burasındadır ki, yarış Moskvada keçirildiyindən iştirakçı ölkələrə tanklar Rusiya Müdafiə Nazirliyi tərəfindən verilir. Burada isə tankçılarımız ayrıseçkiliklə üzləşib.

İş burasındadır ki, digər iştirakçı ölkələrdən fərqli olaraq, Azərbaycan hərbçilərinə qərəzli yanaşılıb və təmsilçimizə digər iştirakçılardan fərqli olaraq, qismən köhnə model və texniki cəhətdən zəif tanklar verilib. Nəticədə, bu tankların hərəkət qabiliyyəti çox zəif olub. Hədəfləri aydın şəkildə görmək üçün istifadə olunan müşahidə pəncərəsi (Tripleks) də çirkli olub ki, bu da istər-istəməz tankçılarımıza əlavə çətinliklər yaradıb.

Yaradılan süni problemlərə baxmayaraq, Azərbaycan tankçıları bu çətinliklərin də öhdəsindən gələrək uğurla növbəti mərhələyə keçə biliblər. Bu da sözsüz ki, tankçılarımızın Vətən müharibəsində göstərdikləri şücaətin və döyüş zamanı qazandıqları təcrübənin bariz nümunəsidir.
Qeyd edək ki, sentyabrın 4-də keçiriləcək final mərhələsində tankçılarımız Rusiya, Çin və Qazaxıstandan olan tank heyətləri ilə mübarizə aparacaqlar.
Finalda Azərbaycan komandası qırmızı,  Rusiya göy, Çin sarı, Qazaxıstan isə yaşıl rəngdə olan tanklarda yarışacaqlar.
 
 




www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol