• $
  • €
  • ₽
  • ₺
  • £

Ötən il intihar edən müəllimi şantaj edən şəxs niyə tapılmır? - Təhdid mesajları üzə çıxdı

Ötən il intihar edən müəllimi şantaj edən şəxs niyə tapılmır? - Təhdid mesajları üzə çıxdı
02.09.2021 23:14
Ötən il şantaj edildiyi üçün intihar edən müəllim Naidə İsayevanın atası Namik İsayev cinayət işinin araşdırılmadığını iddia edir.

N. İsayev "Qafqazinfo”ya müraciətində bildirib ki, 2020-ci ilin may ayından etibarən  qızı Naidə İsayevanın müəllim işlədiyi məktəbdə dərs zamanı çəkilmiş foto və videoları, telefon nömrələri sosial şəbəkələrdə paylaşılıb: "Əxlaqsız sözlərlə qızımı şantaj ediblər. Hətta həmin şəxs həyat yoldaşım və oğlumun telefon nömrələrini də yaymaqdan çəkinməyib.

Qızım dövlət orqanları tərəfindən işə lazımi qaydada baxılmamasından, onu biabır edən şəxsin davamlı təhqiramiz hərəkətlərindən bezərək ötən il sentyabrın 16-da özünü binadan ataraq intihar edib.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma başlanılsa da, bu günədək qızımın intiharına səbəb olan şəxs tapılmayıb. Həmin şəxsin istifadə etdiyi profillər istintaqa təqdim olunub. İstintaqı həyata keçirən prokuror Fəhmin Həsənov isə işə xitam veriləcəyini deyir”.

Şikayətçi qeyd edib ki, qızı tərəfindən vaxtilə Bakı Şəhər Baş Polis İdarəsinə, Dövlət Təhlükəsizlik Xidmətinə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, Suraxanı Rayon Polis İdarəsinə müraciətlər olunsa da, heç bir faydası olmayıb:
"Yalnız qızım öləndən sonra işi bir-birinin üstünə atdılar. Nərimanov Rayon Prokurorluğu dindirilməli olan şəxsləri işə cəlb etmir. Gah bizi hədələyirlər, gah da "narahat olmayın” deyərək araşdırmadan yayınırlar. Qızımın ölümünə səbəbkar olan həmin şəxsin tapılmasını, cəza almasını istəyirəm”.

Baş Prokurorluğun mətbuat xidmətindən "Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, Naidə İsayevanın intihar etməsi faktı ilə bağlı Nərimanov Rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb: "İş üzrə ekspertizalar təyin edilib, çoxsaylı şahid ifadələri alınıb, əməliyyat tapşırıqları, həmçinin müvafiq sorğular verilib. Hazırda istintaq davam edir. İş üzrə istintaqın hərtərəfli, tam və obyektiv aparılması, həmçinin qanuni qərarın qəbul edilməsi təmin ediləcək”.

Qeyd edək ki, şikayətçi Namik İsayev Qarabağ qazisi olduğunu, 1993-1995-ci illərdə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə iştirak edərək yaralandığını bildirib.
 








www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol