“28 Mall”da yanğın HƏYƏCANI+YENİLƏNİB

Bu gün səhər saatlarında “28 Mall” ticarət mərkəzində yanğın xəbəri yayılıb.“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Məlumatda bildirilir ki, Bakının ən böyük ticarət mərkəzlərindən biri olan “28 Mall”da verilən yanğın siqnalı təşvişə səbəb olub. Bütün işçi heyəti binadan çıxarılıb. Hələ ki, yanğın siqnalının nə səbəbə verildiyi məlum olmasa da, işçilərin yenidən ticarət mərkəzinə daxil olduğu deyilir.ANN.Az
***
11:35
Bu gün səhər saatlarında “28 Mall” ticarət mərkəzində yanğın xəbəri yayılıb.
Sosial şəbəkələrdə yayılan məlumata görə, “28 Mall”da verilən yanğın siqnalı insanlarda təşvişə səbəb olub. Mərkəzin bütün işçi heyəti binadan çıxarılıb.Hadisə ilə bağlı ətraflı məlumat verəcəyik. (aznews.az)ANN.Az
























