İmişlidə COVID-19 xəstəsi saxlanılıb

İmişlidə yaşadığı evi tərk edən COVID-19 xəstəsi saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, rayon Otuziki kənd sakini Yavər Zülfüqarova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib.
Lakin adı çəkilən şəxs yaşayış yerini tərk edərək rayon mərkəzinə gəlmiş və digər insanlar üçün real təhlükə yaradıb.
Polis şöbəsinin əməkdaşları tərəfindən sakinlərin sağlamlığı üçün ciddi təhlükə yaradan Y.Zülfüqarovun törətdiyi qanunazidd hərəkətinin qarşısı dərhal alınıb və o, təcili tibbi yardım avtomobilinə mindirilərək koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdirilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























