• $
  • €
  • ₽
  • ₺
  • £

Məşhur fast food şəbəkəsinin Bakıda restoranı bağlandı

Məşhur fast food şəbəkəsinin Bakıda restoranı bağlandı
03.09.2021 13:00
Məşhur fast-food şəbəkəsi olan "Burger King”in "28 Mall"-da fəaliyyət göstərən restoranı bağlanıb, bu barədə anews.az-a 28 Mall ticarət və istirahət mərkəzinin məlumat bölməsindən bildirilib.
 
"Burger King"in fəaliyyətinin dayanmasına səbəb kimi pandemiya göstərilib. 
 
Vergilər Nazirliyinin mətbuat katibi Şahin Məmmədov bildirdi ki, sahibkar hesabının bağlanması ilə bağlı həmin şirkətdən onlara heç bir müraciət daxil olmayıb.

"Ola bilər ki, Burger King" Azərbaycanda başqa bir şirkətin nəzdində fəaliyyət göstərib. Buna görə də onların fəaliyyətin dayandırılması barəsində nazirlikdə elan yerləşdirilməyib. "Burger King"  əvvəllər "TAB GİDA” qida şirkəti ilə əməkdaşlıq edirdi", - deyə Şahin Məmmədov qeyd edib.  

"Burger King Corporation” – ABŞ şirkətidir.  2013-cü ilin sonuna olan göstəricilərə əsasən, "Burger King” dünyanın 79 ölkəsində 13 min restorana sahibdir. Bunun 66%-i ABŞ-da yerləşir. Onlardan 90%-i françayzinqdir.
 
Azərbaycanda 2018-ci ildən fəaliyyətə başlayıb.
 
Gülnar Nazimqızı

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol