• $
  • €
  • ₽
  • ₺
  • £

Yaxın günlərdə Bakıda güclü külək əsəcək

Yaxın günlərdə Bakıda güclü külək əsəcək
03.09.2021 12:08
"Bu ilin avqust ayında 2010-cu ildən sonra ikinci ən uzunmüddətli isti hava dalğası qeydə alınıb”.

Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva  bildirib.

Onun sözlərinə görə, avqustda havanın temperaturu orta hesabla iqlim normasından 5 dərəcə yüksək olub:

"Zəif cənub-şərq, cənub küləyi üstünlük təşkil edirdi. Hava Abşeron yarımadasında bürkü idi”.

U. Tağıyeva qeyd edib ki, ötən gün axşama doğru ölkə ərazisinə Azor antisiklonunun daxil olması nəticəsində hava şəraiti dəyişdi, xəzri əsdi:

"Respublikanın bir sıra rayonlarında güclü külək əsib. Küləyin maksimal sürəti Tovuzda 30, Tərtər və Gəncədə 28 m/s olub. Bakıda və Abşeron yarımadasında küləyin maksimal sürəti 24 m/s olub. Gündüz saatlarında külək bir qədər mülayimləşəcək, amma axşama doğru Bakıda və Abşeron yarımadasında küləyin maksimal sürətinin 25-30 m/s olacağı proqnozlaşdırılır. Sentyabrın 4-də səhər külək mülayimləşəcək”.

U.Tağıyeva qeyd edib ki, sentyabrın birinci ongünlüyündə daha çox sərin hava şəraiti üstünlük təşkil edəcək:

"Sentyabrın 6-sı axşam saatlarından başlayaraq birinci on günlüyün sonunadək arabir güclənən şimal küləyinin üstünlük təşkil etməsi gözlənilir. Havanın temperaturu paytaxtda 28-31 dərəcədən yüksək olmayacaq”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol