• $
  • €
  • ₽
  • ₺
  • £

"İstintaq prosesinin gedişatından narazıyıq" - Aytənin qardaşı

"İstintaq prosesinin gedişatından narazıyıq" - Aytənin qardaşı
03.09.2021 13:36
Paytaxtın Səbail rayonu ərazisində yaşayan və yaşadığı evin pəncərəsindən yıxılaraq aldığı xəsarətlərdən xəstəxanada ölən Aytən Niftəliyevanın ailəsi ölüm faktı ilə bağlı aparılan istintaq prosesindən narazıdır, - bunu mərhum Aytən Niftalıyevanın qardaşı İlkin Süleymanov  anews.az-a  müsahibəsində söyləyib. 
 
"İstinaq prosesi çox yavaş gedir. Aytən rəhmətə gedənə qədər ekspertiza aparılmadı. Məndə olan məlumata görə, gedib hadisə yerindən detalların toplanıb araşdırılması ilə bağlı məşğul olmayıblar. İstintaqın bu cür gedişatından razı deyilik. Qarşı tərəfin adamı var bilmirəm, amma prosesi çox ləngidirlər. Biz ictimailəşdirməsəydik məsələyə baxılmayacaqdı. Ortada bu boyda cinayət işi var. Ən azı cinayət məcəlləsinin "özünü öldürmə həddinə çatdırma"nı nəzərdə tutan 125-ci maddəsi ilə iş açılması çox azdır. Qadına zorakılıq edib, döyüb. Narazılığımızı vəkilimiz vasitəsilə prokurorluğa bildirmişik. Ölkə prezindetinə, birinci xanıma və 10 yerə şikayət məktubu göndərmişik. Bu işin dəqiq araşdırılmasını və qatillərin həbs olunmasını istəyirik", - deyə ölən qadının qardaşı bildirib.

Paytaxtın Səbail rayonu ərazisində yaşayan Aytən Niftəliyeva və azyaşlı övladı Tahirə Niftəliyeva avqustun 30-da  yaşadıqları evin pəncərəsindən yıxılaraq xəstəxanaya çatdırılıb və orada  vəfat edibllər. 
 
Göstərilən zəruri tibbi yardımlara baxmayaraq, Tahirə Niftəliyeva aldığı xəsarətlərdən avqustun 30-da, Aytən Niftəliyeva isə sentyabrın 2-də müalicə olunduqları xəstəxanada vəfat ediblər.  

Faktı ilə bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.
 
Aytən Niftəliyevanın ailəsi  hadisəni intihar yox, qətl kimi qiymətləndirir və bunda onun həyat yoldaşı Rəhman Niftəliyevi ittiham edir. A.Niftəliyevanın anası Mehriban Süleymanova kürəkəninin qızını mütəmadi döydüyünü və ölümünə səbəb olduğunu bildirib. 

Amma Aytən Niftəliyeva və 1 yaşlı qızı Tahirənin ölümünə səbəb olduğu iddia olunan qadının həyat yoldaşı Rəhman Niftəliyev sosial şəbəkə hesabında açıqlama verərək bildirib ki, onun haqqında səsləndirilən iddialar yalandır.

 
Gülnar Nazimqızı

 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol