• $
  • €
  • ₽
  • ₺
  • £

İflas və məhkəmlər keçmiş naziri çətin duruma salıb: Biznesini idarə edə bilmir

İflas və məhkəmlər keçmiş naziri çətin duruma salıb: Biznesini idarə edə bilmir
03.09.2021 14:49
Keçmiş Vergilər naziri Fazil Məmmədov işdən çıxarıldıqdan bir müddət sonra biznesinin başına keçsə də, nəzarətində olan kommersiya qurumlarını idarə edə bilmir. 

Keçmiş nazirin biznes strukturları ard-arda iflasa uğrayır, ən yaxşı halda isə məhkəmə çəkişmələrinə cəlb edilir.
 
Buna misal olaraq "AtaBank”ın iflasını və bir neçə şirkəti özündə birləşdirən "Synergy Group” Holdinqin artıq çökmə həddində olduğunu göstərmək olar.
Digər tərəfdən isə Fazil Məmmədovun şirkətləri ard-arda məhkəməyə verilir. Bu günlərdə keçmiş nazirin daha bir şirkəti barəsində məhkəmə iddiası qaldırılıb. Söhbət "AtaSığorta” Açıq Səhmdar Cəmiyyətindən (ASC) gedir.

ASC barəsində Bakı Kommersiya Məhkəməsində iddia qaldırılıb. Abuşov Vilayət Musa oğlu tərəfindən qaldırılan iddia hakim Zeynəb Axundovanın icraatındadır. Açıq mənbələrdə məhkəmə çəkişməsinin səbəbi barədə dəqiq bilgi yoxdur. Əldə etdiyimiz məlumatda isə bildirilir ki, ASC-nin məhkəməyə verilməsi üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi ilə bağlıdır. 

"AtaSığorta” ASC 2004-cü il iyul ayının 21-də rəsmi dövlət qeydiyyatından keçib və həmin ilin sentyabr ayının 3-dən etibarən tam lisenziyalı sığorta fəaliyyətini həyata keçirir. Şirkətin təsisçisi "AtaHolding” MMC-dir. ASC-nin nizamnamə kapitalı 14,6 milyon AZN təşkil edir.

ASC-nin Direktorlar Şurasının sədri Ağakərim Məlik-Aslanov, İdarə Heyətinin sədri isə Orxan Məmmədovdur. Ağakərim Məlik-Aslanov əvvəl "AtaBank” ASC-nin sədr müavini işləyib. Bu bankın İdarə Heyətinin sədri isə Fazil Məmmədovun bacısı oğlu Dəyanət Quliyev olub. "AtaBank” ləğv edildikdən sonra ordakı kadrlar "AtaSığorta” ASC-də fəaliyyətə başlayıb. (qaynarinfo)

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol