• $
  • €
  • ₽
  • ₺
  • £

Pirəkəşküldə narkotik satan keçmiş məhkum tutuldu - Video

Pirəkəşküldə narkotik satan keçmiş məhkum tutuldu - Video
03.09.2021 18:32
Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə rayonun Pirəkəşkül qəsəbəsi sakinlərindən daxil olan çoxsaylı şikayətlər əsasında həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olan Cəmil Məmmədov saxlanılıb.

Daxili İşlər Nazirliyindən Anews.az-a verilən məlumata görə, onun Pirəkəşkül qəsəbəsində yerləşən mənzilinə baxış zamanı satmaq məqsədi ilə əldə etdiyi narkotik vasitə heroin, marixuana və psixotrop maddə metamfetemanin aşkar edilib.  Cəmil Məmmədovdan aşkar edilən narkotik vasitələrin ümumi çəkisi isə 50 qramdan artıq olub.

Qeyd edək ki, saxlanılan şəxs əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün 1 dəfə məhkum edilib. O, ifadəsində Pirəkəşkül qəsəbəsi və ətraf ərazilərdə narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Faktla  bağlı Qobu Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxsin ətrafında əməliyyat- istintaq tədbirləri davam etdirilir.      

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol