“Kənddə hamı məni lağa qoyurdu” - Arvadını öldürən Rəşad

Xaçmazda ötən ilin avqustun 2-də arvadı Raisa Rəşidovanı xəyanət etdiyini iddia edərək onu döyüb öldürən Rəşad Rəşidova hökm oxunub.
İttihama görə, 2019-cu ildə Rəşadın sinif yoldaşı Rasim ona deyib ki, arvadı Raisanın başqa kişilərlə münasibəti var. Bundan sonra Rəşad arvadını izləməyə başlayıb.
İttihamda qeyd edilir ki, hətta bir gecə Raisa ümumiyyətlə evə gəlməyib. Daha sonra isə əri onu yaşadığı evin qarşısında yad kişinin idarə etdiyi avtomobildən düşərkən görüb.
Evə girəndən sonra mətbəxdə onun sifətinə şillə vurub yerə yıxdım, sonra da ayağımla onu təpikləməyə başladım. Səs-küyə uşaqlar gəldi. Oğlum məni tutaraq anasını qorumağa çalışdı. Mən də oğlumun boğazından tutub kənara itələdim.
Bundan sonra uşaqlar qorxub çölə çıxdılar. Hirsim soyumadığı üçün mətbəxdəki masanı çevirib birdəfəlik ölməsi üçün Raisanın üstünə atdım. Onun hərəkətsiz qalıb tərpənmədiyini gördükdə öldüyünü düşündüm və daha onu vurmadım. Səs-küyə qonşular gəldi, bir qədər sonra Raisanın valideynləri gəldilər. Bu vaxt Raisanın anası İradə ilə dalaşdıq. Onlara Raisanın mənə xəyanət etdiyini neçə dəfə demişdim. Lakin onlar buna əhəmiyyət vermirdilər. Anasının yanında təpiklə Raisanın qabırğalarına vurdum”.
Məhkəmədə şahid qismində dindirilən Rəşad Rəşidovun oğlu Ramil (şərti) atasının əvvəlcə anasını evdən qovduğunu, amma anasının evdən çıxmaq istədiyi vaxt onu döydüyünü bildirib: "Anam getmək istəyəndə atam onun saçından tutaraq yerə yıxdı. Yumruq və təpiklə döyməyə başladı. Atama mane olmaq istəyəndə, o məni də yerə yıxdı. Tez qaçıb qonşunu köməyə çağırdım. Sonra da babama zəng etdim . Qonşular gəlib atamı evdən çölə çıxardılar”.
Qeyd edək ki, Raisa Rəşidova aldığı xəsarətlərdən avqustun 8-də Xaçmaz xəstəxanasında vəfat edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























