• $
  • €
  • ₽
  • ₺
  • £

Küləyin sürəti 30 m/s-yə çatıb - FAKTİKİ HAVA

Küləyin sürəti 30 m/s-yə çatıb - FAKTİKİ HAVA
04.09.2021 11:28
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sentyabrın 4-ü saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, arabir yağış yağıb, Lənkəran-Astara zonasında leysan xarakterli intensiv və güclü olub, bəzi rayonlarda güclü şimal-qərb küləyi əsib.

Düşən yağışın miqdarı Astarada 89.0 mm (aylıq normanın 45 %-i), Lənkəranda 43.0 mm (aylıq normanın 25 %-i), Qubada 11.0 mm, Altıağacda 7.0 mm, Sarıbaş (Qax), Şabran, Xınalıq, Xaltanda 4.0 mm, Qrız, Qusarda 3.0 mm, Lerik, Yardımlıda 2.0 mm, Göytəpə, Biləsuvar, Daşkəsən, Yevlax, Nabran, Kişçay (Şəki), Kürdəmir, Bakıda və Abşeron yarımadasında: Bakı, Maştağa, Sumqayıtda 1.0 mm-dək olub.

Külək: sentyabrın 3-ü axşam 4-nə keçən gecə bəzi rayonlarda şimal-qərb küləyinin maksimal sürəti 30 m/s, Bakıda və Abşeron yarımadasında 28 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən alğanın hündürlüyü 4.6 metrə çatıb.

Sentyabrın 04-ü səhər saatlarından güclü şimal-qərb küləyi 9-13 m/s-dək zəifləyib.

Havanın maksimal temperaturu: Bakıda 30°-dək isti olub.

Bu gün gündüz saatlarından ölkə ərazisində hava şəraitinin sabitləşəcəyi, gün ərzində əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol