• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın üç əsrlik qəzeti yeni formada

Azərbaycanın üç əsrlik qəzeti yeni formada
04.09.2021 13:44
Üç əsrlik tarixi olan "Kaspi” qəzeti təkmilləşdirilmiş variantda hazırlanaraq oxucuların istifadəsinə verilib.

Qəzet artıq həm görünüş, həm də məzmun baxımından hər iki dildə (Azərbaycan və rus) tam yenilənmiş formada işıq üzü görüb.

Belə ki, yenilənmiş forma ilə qəzetdə hər şeyi ağ-qara görmək mümkün olmayacaq. Qəzet müasir dizaynda, dövrün çağırışlarına uyğun və rəngli şəkillərlə çap olunacaq.
Hazırda Kaspi и "Каспiй" qəzetlərinin təsisçisi "Global Media Group”dur.

"Kaspi” qəzeti 1881-ci ildən rus dilində nəşr olunmağa başlayıb. 1897-ci ildən mesenat Hacı Zeynalabdin Tağıyev tərəfindən alınan qəzetin baş redaktoru Əlimərdan bəy Topçubaşov olub. Qəzetdə Həsən bəy Zərbadi başda olmaqla, Məhəmməd ağa Şaxtaxtinski, Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Ceyhun Hacıbəyli, Nəriman Nərimanov kimi Azərbaycanın maarifpərvər ziyalıları çalışıb. 1907-ci ilə kimi "Kaspi”nin 300-dən çox sayı Həsən bəy Zərdabinin imzası ilə işıq üzü görüb.

1918-ci ildə erməni vandallarının Bakıda törətdiyi soyqırımı zamanı «Kaspi» qəzetinin keçmiş Nikolayevski, indiki İstiqlaliyyət küçəsində yerləşən mətbəəsi (hazırda həmin yerdə Sabir bağı yerləşir) yandırılmış və qəzetin nəşrində fasilə yaranmışdı.

"Kaspi” 1919-cu ildə fəaliyyətini dayandırmışdır. İşıq üzü gördüyü 40 ilə yaxın dövr ərzində qəzetin on mindən çox nüsxəsi çıxıb.

1999-cu ildə "Kaspi” qəzeti bərpa olunub. Hazırda "Kaspi” Azərbaycan və rus dilində həftəlik nəşr olunur.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol