Vəzifəli şəxs atası ilə eyni gündə koronavirusdan öldü - Foto

Azərbaycanda daha bir məmur koronavirusdan vəfat edib.
Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon bölməsinin hərbi komissarının müavini Vüsal Mirzəyev dünyasını dəyişib.
Koronavirusa yoluxan Vüsal Mirzəyev ötən gün vəfat edib.
Bildirilir ki, Vüsal Mirzəyevin atası Cərulla Cərullayev da eyni gündə koronavirusdan dünyasını dəyişib. Cərulla Cərullayev təqaüdçü olub. Hər iki şəxs dünən doğulduqları Zərdab rayonunda torpağa tapşırılıb.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























