• $
  • €
  • ₽
  • ₺
  • £

Füzuli hava limanının inşası sentyabrın sonunadək tamamlanacaq

Füzuli hava limanının inşası sentyabrın sonunadək tamamlanacaq
05.09.2021 14:46
2021-ci il sentyabrın sonuna qədər Füzuli  hava limanının binasının tikintisi başa çatacaq, Füzuli Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında aeroportun inşası üzrə layihə meneceri Selim Akbay deyib.

 
"Bu layihə bizim üçün həm çox çətin, həm də bir o qədər asan layihə oldu. Ona görə çətin deyirəm ki, biz layihənin icrasına başlayanda burada heç nə yox idi, hər yerdə isə mina vadı. Amma buna baxmayaraq, Azərbaycan dövləti tikinti üçün lazım olan bütün zəruri addımları atdı. Ərazi minalardan təmizləndi, elektrik verildi və biz də işə başladıq. Bir ay ərzində - sentyabrın sonuna qədər layihəmizi tamamlayacağıq”.
 
Selim Akbayın sözlərinə görə,  bu layihədə 1 000-ə yaxın şəxs çalışıb. "Biz burada çalışan heç bir kəsə " yaxşı işlə, tez işlə" və s. bu kimi sözlər demədik. Layihənin icrasına Türkiyə və digər ölkələrdə hava limanında çalışmış, təcrübəli mütəxəssisləri dəvət etdik”, - deyə Akbay əlavə edib.

O həmçinin bildirib ki,  ərazidə 12 türk şirkəti fəaliyyət göstərir. İnşaat üçün Türkiyə, Rusiya, Çin, Amerika, Almaniya, İtaliya, İspaniya və Finlandiyadan beynəlxalq standartlara uyğun tikinti materialları, tikinti avadanlıqları və aeroport avadanlıqları gətirilib.

Bu gün Füzuli hava limanına Bakıdan iki sınaq reysi həyata keçirilib. 
 
Foto: Samirə Əli
 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol