Döyüşlərdə aldığı travmalar onu tanınmaz birinə çevirib - ŞİKAYƏT

Psixoloji travmalar yaşayan Qarabağ qazisinin qohumları dövlətin onlarla maraqlanmadığını deyir, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sözçüləri isə məsələni araşdıracaqlarını deyirlər.
"Qardaşım döyüşlərdə aldığı psixoloji travmalardan tanınmaz insana çevrilib, amma dövlət bir dəfə də olsun onunla maraqlanmayıb” , bu Bakı sakini Ruslan Hüseynzadənin anews.az-a ünvanladığı şikayətdə bildirib.
Onun sözlərinə görə qardaşı Ceyhun Hüseynzadə Cəsarət oğlu 2016-cı il "aprel” döyüşlərində və 2020-ci ildə 2-ci Qarabağ müharibəsində iştirak edib.
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov ilə əlaqə saxladıq. Nazirliyin rəsmisi bildirdi ki, məsələ araşdırılacaq və lazımi addımlar atılacaq.
Məsələni diqqətdə saxlayacağıq .
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























